featured-image-80250

Fransanın millisinin futbolçusu Jan-Filip Mateta karyerasını Türkiyədə davam etdirə bilər.

Msport.az xəbər verir ki, “Fənərbağça” 29 yaşlı hücumçu ilə maraqlanır.

İstanbul təmsilçisi forvardın agenti ilə danışıqlara başlayıb.

Qeyd edək ki, Jan-Filip Matetanın “Kristal Pelas”la müqaviləsinin müddəti 2027-ci ilin yayınadək qüvvədədir. O, ötən mövsüm 50 matçda 16 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Bənzər xəbərlər