featured-image-80370

Fransa millisinin və “Arsenal”ın zədəli müdafiəçisi Vilyam Salibanın durumu müəyyənləşib.

Msport.az xəbər verir ki, 2026-cı il dünya çempionatının yarımfinalında İspaniya ilə oyunda (0:2) belindən zədələnən 24 yaşlı futbolçu 4-6 ay yaşıl meydanlardan kənarda qalacaq.

Salibanın əməliyyat olunacağı və uzunmüddətli bərpa prosesi keçəcəyi gözlənilir. Bu səbəbdən onun 2027-ci ilə qədər meydana qayıtmayacağı qeyd edilib.

Fransalı müdafiəçi dünya çempionatı başlamazdan əvvəl də güclü bel ağrılarından əziyyət çəkib. Buna baxmayaraq, o, turnirdə çıxışını davam etdirib.

Saliba ötən mövsüm “Arsenal”ın heyətində mümkün olan 63 matçın 50-də iştirak edib. O, London klubunun İngiltərə Premyer Liqasının qalibi olmasında və UEFA Çempionlar Liqasının finalına yüksəlməsində əsas fiqurlardan biri olub. Saliba dünya çempionatında isə Fransa millisinin heyətində 6 oyunda meydana çıxsa da, məhsuldar göstərici ilə yadda qalmayıb.

Bənzər xəbərlər