Fransa -Paraqvay oyununda çox isti olacaq
Dünya çempionatının 1/8 final mərhələsinin Filadelfiyada keçiriləcək Fransa – Paraqvay oyununda havanın həddən artıq isti olması gözlənilir.
Msport.az xəbər verir ki, sinoptiklər gündüz şəhərdə 39 dərəcə isti olmasını proqnozlaşdırırlar.
Həm də matç yerli vaxtla saat 18:00-da başlayacaq. Həmin vaxt temperaturun 33-37 dərəcə arasında olması ehtimal var.
Axşama doğru şimşək çaxacaq, göy guruldayacaq. Buna görə Fransa – İraq oyununun ikinci hissəsində 2 saata yaxın fasilə yaranmışdı.







