Fransalı futbolçu Premyer Liqa yolunda
İngiltərə Premyer Liqasının iki London təmsilçisi “Tottenhem” və “Çelsi” Fransanın “Lans” klubunun müdafiəçisi İsmaelo Qaniunu yaxından izləyir.
Msport.az xəbər verir ki, 21 yaşlı mərkəz müdafiəçisi Fransa çempionatındakı uğurlu çıxışı ilə hər iki klubun diqqətini cəlb edib.
London klubları gələcək mövsümlər üçün müdafiə xəttini gənc və perspektivli futbolçularla gücləndirməyi planlaşdırır.
Yaxın transfer pəncərələrində “Tottenhem” və “Çelsi”nin bu istedadlı müdafiəçi üçün rəsmi addımlar atacağı gözlənilir.







