featured-image-84760

“Liverpul”un futbolçusu Rio Nqumoa 2024-cü ilin yayında “Çelsi”dən ayrılaraq Mersisayd klubuna keçməsindən danışıb.

Msport.az xəbər verir ki, gənc oyunçu bu qərarı yeni inkişaf yolu axtardığı üçün verdiyini bildirib:

“Özümü yeni bir sınaqda yoxlamağa ehtiyac duyduğumu hiss edirdim. “Çelsi”də qalsaydım, əsas komandaya bu qədər tez yüksələ bilməyəcəyimi demirəm. Çünki bacarığıma inanıram. Sadəcə, düşünürəm ki, “Liverpul” mənim üçün yeni yol açdı. “Liverpul”a keçmək barədə çox düşünməyə ehtiyac qalmadı. İndiyədək baş verənlərə əsasən, düzgün seçim etdiyimi düşünürəm”.

Qeyd edək ki, 2026-cı ildə tribunal “Liverpul”un futbolçunun hazırlığı və inkişafına görə “Çelsi”yə minimum 2,8 milyon funt sterlinq ödəməsinə qərar verib.

Bənzər xəbərlər