featured-image-84772

19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsinin II raundunda mübarizəyə başlayıb.

Msport.az xəbər verir ki, Elgiz Kərəmlinin baş məşqçi olduğu komanda Belqradın “Vozdovaç” stadionunda monteneqrolu həmyaşıdları ilə qarşılaşıb.

Görüş millimizin 2:7 hesablı məğlubiyyəti ilə nəticələnib. U-19-un heyətində “Qarabağ”dan Əli Əliyev 31-ci dəqiqədə penaltidən və “Sabah”dan Məhəmməd Çodarov (79-cu dəq) fərqləniblər.

U-19 noyabrın 14-də Serbiya, noyabrın 17-də Farer adaları ilə qarşılaşacaq.

17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması isə Avropa çempionatının seçmə mərhələsində almaniyalı həmyaşıdları ilə üz-üzə gəlib.  Almaniyanın Frakfurt şəhərində keçirilən matç meydan sahiblərinin 7:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, U-17 növbəti matçını noyabrın 14-də Şimali İrlandiya seçməsinə qarşı keçirəcək.

Bənzər xəbərlər