“Mançester Yunayted” 60 milyon ayırdı – Müdafiəçi üçün
“Mançester Yunayted” Murilonu transfer etmək üçün 60 milyon avro ödəyə bilər.
Msport.az xəbər verir ki, “Mançester Yunayted” müdafiə xəttini gücləndirmək məqsədilə “Nottingem Forest”in mərkəz müdafiəçisi Murilonu transfer etmək istəyir.
24 yaşlı braziliyalı futbolçunun mümkün keçidi “qırmızı şeytanlar”a təxminən 60 milyon avroya başa gələ bilər. Bu məbləğ “Nottingem Forest”in 2023-cü ildə Murilonu Braziliyanın “Korintians” klubundan transfer edərkən ödədiyi qiymətdən düz 10 dəfə çoxdur.
“Mançester Yunayted” rəhbərliyi gənc və perspektivli müdafiəçini komandanın əsas transfer hədəflərindən biri kimi müəyyənləşdirib.







