Frits Ştuxlik erası başa çatdı
AFFA Hakimlər Komitəsinin sədri Frits Ştuxlikin iyunun 30-da başa çatacaq müqaviləsinin müddətini uzatmayacaq.
Msport.az xəbər verir ki, milli assosiasiya 2018-ci il sentyabrın 14-dən bu vəzifədə çalışmış avstriyalı mütəxəssisə fəaliyyəti qarşılığında təşəkkür edib və gələcək karyerasında uğurlar arzulayıb.
Hakimlər Komitəsinin sədri vəzifəsinə yeni təyinatla bağlı əlavə məlumat veriləcək.