featured-image-61779

“GiveMeSport” futbol tarixinin ən yaxşı sağ cinah müdafiəçilərinin reytinqini açıqlayıb. Matc.az xəbər verir ki, siyahıya Braziliya millisinin sabiq üzvü Kafu başçılıq edir.

“Milan” və “Roma”da oynamış Kafu həmyerlisi Dani Alveşi geridə qoyub. Azərbaycan millisinin sabiq baş məşqçisi Berti Foqts da “15-liy”ə düşüb. Almaniyalı futbol tarixinin ən yaxşı 12-ci sağ cinah oyunçusu hesab olunub.

 

15 futbolçunun yer aldığı siyahı:

  1. Kafu (Braziliya)
  2. Dani Alveş (Braziliya)
  3. Filipp Lam (Almaniya)
  4. Karlos Alberto (Braziliya)
  5. Xavyer Zanetti (Argentina)
  6. Lilian Türam (Fransa)
  7. Qari Nevill (İngiltərə)
  8. Calma Santos (Braziliya)
  9. Cüzeppe Berqomi (İtaliya)
  10. Canluka Zambrotta (İtaliya)
  11. Kayl Uoker (İngiltərə)
  12. Berti Foqts (Almaniya)
  13. Mauro Tassotti (İtaliya)
  14. Manfred Kaltz (Almaniya)
  15. Duqlas Maykon (Braziliya)

Bənzər xəbərlər