featured-image-7072

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov komandasının Avstriya toplanışını dəyərləndirib. Msport.az xəbər verir ki, Ağdam klubunun çalışdırıcısı hələ “Lex”lə matça kimi bəzi çatışmazlıqları da aradan qaldırmağa çalışacaqlarını söyləyib:

“Bu gün komandadan, futbolçuların hazırlığından və işimizdən tam razı qala bilmərik. Amma bugünkü duruma görə razı qalmalıyam. İnanıram ki, “Lex”lə oyuna kimi qalan xırda detalları aradan qaldıracağıq. Sadəcə, məni narahat edən məqam futbolçuların bəzilərinin fiziki hazırlıqlarının nisbətən aşağı olmasıdır. Onları daha yaxşı səviyyəyə qaldırmağa çalışacağıq”.

50 yaşlı mütəxəssis transfer məsələsinə də toxunub: “İş daim gedir. Hər zaman bu yöndə sual veriləndə eyni cavabları söyləyirik. Olubsa, deyirik ki, transfer etmişik. Yoxdursa, deyirik ki, olmaq ehtimalı çoxdur. Həqiqətən elə hal oldu ki, transfer alınmalı idi və son dəqiqələrdə problem çıxdı. Amma bizim axtarışlarımız davam edir. Harada çatışmazlıq varsa, onu aradan qaldırmağa çalışırıq. Bəzi mövqelərdə oyunçuların sayını çoxaltmaq istəyirik”. (CBC Sport)

Qeyd edək ki, “Qarabağ”  “Qarabağ” “Lex”lə ilk oyununu iyulun 5-də səfərdə, cavab görüşünü isə bir həftə sonra evdə keçirəcək.

Bənzər xəbərlər