Futzal millimizin yekun heyəti
Azərbaycanın futzal millisinin Çexiya ilə yoldaşlıq matçları üçün yekun heyəti açıqlanıb.
Futzal Federasiyasının mətbuat xidmətindən Msport.az-a verilən məlumata görə, baş məşqçi Vitali Borisov səfərə 3-ü qapıçı olmaqla 13 futzalçı ilə yollanacaq.
Komanda sabah səhər saatlarında Bakı – Vyana reysi ilə hərəkət edəcək, Avstriyanın paytaxtından isə avtobusla Zlin şəhərinə gedəcək.
| N | Ad, soyad | Klub | 
| 1 | Emin Kürdov (q) | Araz-Naxçıvan | 
| 2 | Vladislav Reznov (q) | Araz-Naxçıvan | 
| 3 | Kamran Hacıyev (q) | Baku Fire | 
| 4 | Emil Həsənzadə | Araz-Naxçıvan | 
| 5 | Xəzər Ağalızadə | Araz-Naxçıvan | 
| 6 | İlham Alıyev | Araz-Naxçıvan | 
| 7 | Tofiq Mikayılov | Baku Fire | 
| 8 | Murad Quluzadə | Baku Fire | 
| 9 | Oktay Rüstəmli | Baku Fire | 
| 10 | Fərid Abbasov | Baku Fire | 
| 11 | Eldar Zeynalov | Neftçi İK | 
| 12 | Ülvi Əliyev | Araz-Naxçıvan | 
| 13 | Mirzə Əmirov | Neftçi İK | 
Qeyd edək ki, milli sentyabrın 19-da və 20-də Zlin şəhərində Çexiya yığması ilə yoldaşlıq görüşləri keçirəcək.








