featured-image-84770

UEFA Millətlər Liqasında keçiriləcək Lixtenşteyn – Azərbaycan oyununun hakimləri açıqlanıb.

Msport.az xəbər verir ki, D Liqasının qarşılaşması Estoniyadan olan hakimlər briqadasına tapşırılıb.

FIFA referisi Kristo Tohverə Silver Koiv və Sander Saqa köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Yonas Yanovits yerinə yetirəcək. VAR-da Marko Liva, AVAR-da Yuri Frişer əyləşəcək.

Qeyd edək ki, noyabrın 13-də Vaduts şəhərində keçiriləcək Lixtenşteyn – Azərbaycan oyunu Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.

Bənzər xəbərlər