"Gent" - "Qarabağ" oyununa maraq elə də böyük deyil
UEFA Konfrans Liqasının pley-off mərhələsinin “Gent” – “Qarabağ” oyununa satılan biletlərin sayı açıqlanıb.
Msport.az “Nieuwsblad” nəşrinə istinadən xəbər verir ki, hələlik cəmi 9 min bilet satılıb.
20 min azarkeş tutumuna malik “Gelamko Arena”da keçiriləcək matça hələ 11 min bilet satışdadır. Həmkarlarımız marağın az olmasını matçın həftəiçi gerçəkləşməsi və yerli vaxtla saat 21:00-da başlaması ilə əlaqələndiriblər.
Qeyd edək ki, “Qarabağ” “Gent”ə qarşı cavab matçını fevralın 23-də Belçikada keçirəcək. İlk oyunda Azərbaycan çempionu 1:0 hesablı qələbə qazanıb.







