featured-image-23523

UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunu çərçivəsində “Gent” – “Qarabağ” oyununu idarə edəcək hakimlərin adları açıqlanıb.

Msport.az xəbər verir ki, Belçikadakı matç Şotlandiyadan olan hakimlər briqadasına həvalə edilib.

Baş hakim Uilyam Kollama Frensis Konnor və David Rum laynsmanlar qismində kömək göstərəcəklər. Dördüncü hakim funksiyasını Nikolas Uolş yerinə yetirəcək.

İngiltərəli Devid Kut VAR hakimi, Li Betts isə onun köməkçisi olacaq.

Qeyd edək ki, “Qarabağ”la “Gent” arasında Bakıda keçirilən ilk oyunda Ağdam klubu 1:0 hesabı ilə qələbə qazanıb. Cavab qarşılaşması fevralın 23-də Gentdə olacaq.

Bənzər xəbərlər