featured-image-63858

“Aston Villa”nın baş məşqçisi Unay Emeri Çempionlar Liqasının 1/4 finalında PSJ ilə ev matçı barədə gözləntilərini bölüşüb.

Msport.az xəbər verir ki, ispaniyalı mütəxəssis komandasının geridönüş edə biləcəyinə inandığını söyləyib:

“Məqsədimiz plana sadiq qalmaq, 90 dəqiqə ərzində konsentrasiyanı itirməməkdir. Planımız odur ki, oyunu əlavə vaxta aparaq. Penaltilər seriyasına çata bilsək, bu, lap əla olardı.

Geri dönüşlərlə bağlı müsbət və mənfi təcrübəm var. Amma indi hər şey başqadır. Biz tarix yazmaq istəyirik. Keçən il Konfrans Liqasında bunu etdik. Bu il Çempionlar Liqasında, uzun illər isə Avropa yarışlarında bunu bacarmaq istəyirik”.

Qeyd edək ki, komandalar arasında görüş aprelin 15-də Birmingemdə keçiriləcək. İlk matçda PSJ 3:1 hesablı qələbə qazanıb.

Bənzər xəbərlər