Gimnastlarımızdan 2 qızıl medal
Batut gimnastikası üzrə Azərbaycan millisinin üzvləri Almaniyanın Kotbus şəhərində keçirilən “GymCity Open” beynəlxalq turnirində qızıl medallar qazanıblar.
Bu barədə Msport.az saytına Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən məlumat verilib.
Hüseyn Abbasov və Əli Niftəliyev yarışda birinci yeri tutublar.
Onlar fərdi proqramda fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.