Gündüz Abbaszadə: “Bu futbolçu ilə maraqlanmırıq”
“Qarabağ”ın “Fehervar”ın gürcü futbolçusu Budu Zivzivadze ilə maraqlanması barədə xəbər yayılıb.
Gürcüstan millisinin hücumçusu ötən mövsümün bir hissəsini Macarıstanın digər klubu “Uypeşt”də icarə əsasında keçirib.
28 yaşlı forvard UEFA Konfrans Liqasının “Qəbələ” ilə cavab matçında (1:2) komandasının yeganə qolunu vurmuşdu. Futbolçu Macarıstana ilk dəfə 2019-cu ildə “Mezokovesd” komandasına gəlib. O, Macarıstan klublarından başqa, Danimarka təmsilçisi “Esbjerq”in də formasını geyinib. Zivzivadze Gürcüstanda “Samtredia”, “Dinamo Tbilisi”, “Torpedo” (Kutaisi) klublarının da şərəfini qoruyub.
“Qarabağ”ın mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə Msport.az-a açıqlamasında gürcü hücumçu ilə marqlanmadıqlarını bildirdi.







