Hakan Çalhanoğlu ilə bağlı qərar verildi
“İnter” Hakan Çalhanoğlunun gələcəyi ilə bağlı qərarını verib.
Msport.az xəbər verir ki, Milan təmsilçisi Türkiyə millisinin yarımmüdafiəçisi ilə hazırkı mərhələdə yeni müqavilə imzalamağı düşünmür.
Hakanın “İnter”lə müqaviləsi 2027-ci ildə başa çatır. Klub rəhbərliyi astronomik transfer təklifi olmadığı halda 30 yaşlı futbolçunu yeni mövsümdə komandada saxlamaq niyyətindədir.
Bununla belə, tərəflər arasında yeni anlaşma imzalanmasa, Çalhanoğlu müqaviləsinin sonunda “İnter”dən azad agent kimi ayrıla bilər.
Qeyd edək ki, Hakan Çalhanoğlu geridə qalan mövsümdə “İnter”in heyətində 30 oyuna çıxıb, 12 qol və yeddi məhsuldar ötürmə ilə yadda qalıb.







