Hakim meydana daxil olan itə qırmızı vərəqə göstərdi
Türkiyədə həvəskar komandalar arasında keçirilən çempionat oyununda maraqlı hadisə baş verib.
Msport.az xəbər verir ki, matçın 20-ci dəqiqəsində meydana it daxil olub.
Dəvətsiz qonağı görən hakim dərhal oyunu dayandırıb. Referi əvvəlcə itə qırmızı vərəqə göstərib, ardınca isə onu qucağına alaraq kənara çıxarıb.
Hakimin bu zarafatı azarkeşlər tərəfindən maraqla qarşılanıb.