featured-image-62147

UEFA Hakimlər Komitəsinin üzvü, UEFA Talant və Mentor Proqramının rəhbəri, eyni zamanda hakim-inspektor Byorn Kuypersin azərbaycanlı hakimlər üçün keçirdiyi seminarın bağlanış mərasimi baş tutub.

Msport.az xəbər verir ki, AFFA-nın dəvəti ilə Bakıya gələn təcrübəli FIFA referisi seminarda liderlik və oyun idarəçiliyi, eyni zamanda kommunikasiya üzrə təcrübələrini bölüşüb.

Seminarın bağlanış mərasimində çıxış edən AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev döş nişanı alan FIFA referilərini təbrik edib. O, bu cür seminarların hakimliyin inkişafı üçün vacibliyini vurğulayıb.

Daha sonra AFFA Hakimlər Komitəsinin rəhbəri Frank De Blekere çıxış edib. O, fərqləndirilən hakimlər haqqında məlumat verib. Mütəxəssis görülən işlər haqqında danışıb.

Daha sonra Byorn Kuypers çıxış edərək dəvətə görə təşəkkürünü bildirib. AFFA-nın fəaliyyətini dəyərləndirib. Çıxışdan sonra Frank De Blekere ona xatirə hədiyyəsi təqdim edib.

Bənzər xəbərlər