Hames Rodriges Ospinaya çatdı
Hames Rodriges Kolumbiya millisində ən çox oyuna çıxan iki futbolçudan biri olub.
Msport.az xəbər verir ki, 34 yaşlı yarımmüdafiəçi bunu DÇ-2026-nın 1/8 finalında İsveçrəyə qarşı matçda iştirak etməklə bacarıb.
Bu, təcrübəli oyunçunun yığmada 131-ci qarşılaşması olub. O, bu görüşlərdə 31 qol və 43 məhsuldar ötürmə ilə yadda qalıb. Beləliklə, Rodriges qapıçı David Ospinaya (131 oyun) çatıb.
Qeyd edək ki, Kolumbiya millisi əsas və əlavə vaxtı qolsuz bitən oyunun penaltilər seriyasında İsveçrəyə uduzub.







