featured-image-38217

Rusiyalı məşhur döyüşçü Həbib Nurməhəmmədov Fransanın PSJ klubunun MMA layihəsinin rəhbəri ola bilər.

Msport.az xəbər verir ki, artıq futbol və həndbol komandaları olan Paris təmsilçisi idman aləmində fəaliyyətini genişləndirmək istəyir. MMA-da yeni strukturun yaradılması məsələsinə PSJ-də cüdo departamentinə cavabdeh olan Camel Bouras baxır.

Həbib Nurməhəmmədovun layihədə mümkün iştirakını rusiyalının birbaşa klubun prezidenti Nasser Al-Xelaifi ilə əlaqə saxlaması təsdiqləyir.

Nurməhəmmədov 2020-ci ilin oktyabrında peşəkar karyerasını bitirdiyini açıqlayıb. O, qarışıq döyüş növləri üzrə 29 döyüş keçirib və hamısında qalib gəlib.

Bənzər xəbərlər