featured-image-34561

“Hələlik Avropa Liqasındakı rəqibimiz barədə düşünmürük”.

Msport.az xəbər verir ki, bunu Finlandiyanın HİK komandasının baş məşqçisi Toni Korkeakunnas deyib.

Çempionlar Liqasında mübarizəni dayandıran Helsinki təmsilçisi Avropa Liqasının III təsnifat mərhələsində “Qarabağ”a rəqib olub. Mütəxəssis indiki məqamda Ağdam klubu ilə oyunları fikirləşmədiyini bildirib:

“Şənbə günü ölkə çempionatında “Mariehamn”la vacib matçımız var. Hədəfimiz çempion olmaqdır. Ona görə də bütün görüşləri udmalıyıq. Bundan sonra Avropa Liqasında məşəlləri yandıra bilərik”.

Qeyd edək ki, Avropa Liqasında III raundun oyunları 10-17 avqustda olacaq.

Bənzər xəbərlər