featured-image-16141

“Frayburq” klubunun baş məşqçisi Kristian Ştrayx “Qarabağ”la UEFA Avropa Liqasının son oyunundan əvvəl online formada mətbuat konfransı keçirib.

Msport.az xəbər verir ki, jurnalistlərin suallarını yarımmüdafiəçi Yannik Keytel də cavablandırıb.

Almaniya təmsilçisinin çalışdırıcısı heyətdə bəzi dəyişikliklərin olacağını istisna etməyib. O, qapı xəttində rotasiya aparacağını bildirib.

“Frayburq”un baş məşqçisi “Qarabağ”ın çox yaxşı oyun nümayiş etdirtidiyini deyib:  “Qarabağ” oyun nöqteyi-nəzərdən çox yaxşı komandadır. Həmişə kreativ qərarlar verməyə və irəli oynamağa çalışırlar. Onların baş məşqçisi 2008-ci ildən orda işləyir. Bu, əla faktdır. Komandada sabitlik var və bunun nəticəsində yaxşı nəticələrə nail olurlar.

Bizim bir üstünlüyümüz var ki, artıq qrupda 1-ci yeri təmin etmişik. Digər komandalar üçün isə bu pley-offa çıxmaq baxımından son şansdır. Biz ora gedib təbii ki, bütün gücümüzü qoyacağıq”.

Baş məşqçi bəzi itkilərinin olduğunu sözlərinə əlavə edib: “Manuel Qulde, Merlin Röl və Jonatan Şmid Bakıya getməyəcək”.

Yannik Keytel: “Bu xüsusi səfərdir. Mən heç vaxt Azərbaycanda olmamışam. Məncə, çox adam indiyədək ora səfər etməyib. Ona görə də biz Bakıya getməyi səbirsizliklə gözləyirik. Biz yaxşı formadayıq. Fiziki cəhətdən hər şey qaydasındadır. Biz yenidən oynayıb qələbə qazanmaq istəyirik.

Avropa Liqasında hər gün oynamırıq. Hər matçda 100 faiz gücümüzü qoymaq istəyirik. Fərqi yoxdur biz hansı sistemlə çıxış edirik: əsas odur 100 faiz gücümüzü qoyaq. Bu oyunda qalib gəlmək istəyirik. “Qarabağ”la ilk görüş çox gərgin keçdi. Onların hücum xəttində çox yaxşı futbolçuları var. Sabahkı oyunla bağlı çox həyəcanlıyam”.

Bənzər xəbərlər