featured-image-23797

Premyer Liqanın 24-cü turunun “Səbail” – “Qəbələ” oyunundan (2:2) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Elmar Baxşıyevin mətbuat konfransı keçirilib.

Msport.az sizi 43 yaşlı mütəxəssisin fikirləri ilə tanış edir:

“Ağır oyun olacağını bilirdik. Çünki heyətimizdə itkilər var idi. Komanda şəklində həmin boşluqları doldura bildik. Maraqlı, dinamik matç alındı. Hər iki komanda qələbəyə layiq idi. Yolumuza davam edəcəyik. Komanda oyun planında yaxşıdır. Futbolçulara təşəkkür edirəm. Onlar düşündüyümüzü meydanda verməyə çalışırdılar. Bu gün qələbə qazanmaq istəyirdik. İkinci hissənin əvvəlində oyuna nəzarəti rəqibə verdik. Komanda xarakter göstərdi və təzyiqini davam etdirdi. Epizodları dəyərləndirmək üçün soyuqqanlılıq çatmadığını düşünürəm”.

Bənzər xəbərlər