featured-image-10734

“Ferentsvaroş”un baş məşqçisi Stanislav Çerçesov onun haqqında bəzən mətbuatda heç bir əsası olmayan xəbərlər yazıldığını deyib.

Msport.az xəbər verir ki, rusiyalı mütəxəssis Avropa Liqasının pley-off mərhələsinin “Şemrok Rovers”lə oyundan əvvəl keçirilən mətbuat konfransında “komandanızda dəyişikliklər gözləmək olarmı” sualını belə cavablandırırıb:

“Mətbuatda çox şey oxumaq olar. Hərdən mənim haqqımda elə şeylər yazırlar ki, xanımım soruşur, “bundan xəbərin var?”. Əvvəl deyirdim ki, bu haqda heç nə deyə bilmərəm. “Transfer pəncərəsi” sevmədiyim bir dövrdür. Fikirləşirəm ki, “transfer pəncərəsi” bağlanan sentyabr ayı hər bir məşqçi üçün ən yaxşı vaxtdır. Həmin vaxt artıq bilirsən ki, hansı heyətə güvənə bilərsən”.

Xatırladaq ki, “Ferentsvaroş” Çempionlar Liqasının III təsnifat mərhələsində “Qarabağ”a uduzaraq, Avropa Liqasına düşüb.

Bənzər xəbərlər