featured-image-19231

Bakıda görkəmli şahmatçı, Avropa çempionu, beynəlxalq qrosmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunan 8-ci beynəlxalq superturnirdə blits yarışlarına start verilib.

Msport.az xəbər verir ki, növbəti yarış günündə 9 tur oynanılıb.

Rapid turnirinin və blits yarışlarının 9 turunun yekunlarına əsasən, özbəkistanlı Nodirbek Abdusattorov 20 xalla turnir cədvəlində liderliyini davam etdirir. İspaniya təmsilçisi Fransisko Valyexo Pons 16,5 xalla ikinci pillədə qərarlaşıb. Şəhriyar Məmmədyarov, Rauf Məmmədov 15 xalla 3-4-cü, Rumıniya təmsilçisi Riçard Rapport, çinli Van Hao 14 xalla 5-6-cı pilləni bölüşürlər. Hesabında 12,5 xal olan ABŞ idmançısı Semuel Şenklend 7-ci yerdədir. Abdulla Qədimbəyli 10 xalla səkkizincidir. Aydın Süleymanlı və hindistanlı Qukeş Dommaraku 9 xalla 9-10-cu pillədə qərarlaşıblar.

Dekabrın 23-də memorialda daha 9 tur oynanılacaq.

Turnirin qalibi rapid və blits yarışlarının yekun nəticələrinə görə müəyyənləşəcək.

Bənzər xəbərlər