Hidayət Heydərov Meksikaya yollanacaq
Beynəlxalq Cüdo Federasiyasının təqviminə əsasən, 17–19 oktyabr tarixlərində Meksikanın Qvadalaxara şəhərində Qran-Pri turniri keçiriləcək.
Msport.az xəbər verir ki, Azərbaycan bu yarışda kişilərdən ibarət milli komandanın baş məşqçisi Riçard Trautman və böyük məşqçi Elçin İsmayılovun başçılığı altında 7 çəki dərəcəsində 11 cüdoçu ilə təmsil olunacaq.
Üç gün davam edəcək turnirdə 35 ölkədən 248 idmançı (152 kişi, 96 qadın) iştirak edəcək.
Kişilər
-60 kq
Əhməd Yusifov
Balabəy Ağayev
-66 kq
Ruslan Paşayev
Yaşar Nəcəfov
-73 kq
Hidayət Heydərov
Rəşid Məmmədəliyev
-81 kq
Vüsal Qələndərzadə
Zelim Tçkayev
-90 kq
Murad Fətiyev
-100 kq
Zelim Kotsoyev
+100 kq
Uşanqi Kokauri