HİK-in “Qarabağ” planı dəyişdi
UEFA Avropa Liqasının III təsnifat mərhələsində “Qarabağ”la qarşılaşacaq Finlandiyanın HİK klubunun Bakıya səfər proqramında dəyişiklik edilib.
Msport.az xəbər verir ki, komanda paytaxta gecə saatlarında gələcək. Bu səbəbdən baş məşqçi Toni Konkeakunnasın mətbuat konfransı və HİK-in oyunöncəsi son məşqi ləğv olunub.
Qeyd edək ki, avqustun 10-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – HİK matçı saat 20:00-da start götürəcək.







