featured-image-80756

I Liqada mübarizə aparan “Zaqatala” baş məşqçisi ilə yollarını ayırıb.

Msport.az xəbər verir ki, Rüstəm Məmmədovla başa çatan müqavilə yenilənməyib.

Mütəxəssis 2017-ci ildən “Zaqatala”nın sükanı arxasında çalışırdı. Komanda onun rəhbərliyi altında Azərbaycan I Liqasında gümüş və bürünc medallar qazanıb.
Qeyd edək ki, R.Məmmədov klubun maliyyə imkanları yaxşı olmadığı və gələn mövsüm də iddialılar arsına düşə bilməyəcəyi üçün klubu tərk edib.

Bənzər xəbərlər