I Liqa: "Mingəçevir"dən gözlənilməz məğlubiyyət
Futbol üzrə Azərbaycan I Liqasında 23-cü tura start verilib.
Msport.az xəbər verir ki, lider “Şəfa” öz meydanında MOİK-in qapısından 3 cavabsız top keçirib.
Günün sensasiyası Şamaxı Olimpiya Kompleksinin stadionunda qeydə alınıb. Premyer Liqaya vəsiqə uğurunda mübarizə aparan “Mingəçevir” “Cəbrayıl”a 1:2 hesabı ilə uduzub.
“Şahdağ Qusar” isə səfərdə “Zaqatala”nı milimal hesabla məğlub edib – 1:0.
52 xalla turnir cədvəlinə başçılıq edən “Şəfa” ən yaxın izləyicisi “Mingəçevir”i 10 xal qabaqlayır. “Baku Sportinq” 41 xalla 3-cü, “Səbail” isə 40 xalla 4-cü yeri tutur.
Qeyd edək ki, “Baku Sportinq” sabah səfərdə “Şimal”la, “Səbail” isə Difai” ilə üz-üzə gələcək.
22 aprel
“Cəbrayıl” – “Mingəçevir” 2:1
Qollar: Sadiq Hüseynli, 21, Dileyn Açimi, 45 – Kennet Kalunqa, 55
“Şəfa” – MOİK 3:0
Qollar: Ürfan İsmayılov, 55, Tərlan Quliyev, 58, Nahid Əliyev, 74
“Zaqatala” – “Şahdağ Qusar” 0:1
Qol: Sənan Ağalarov, 69







