featured-image-46105

Azərbaycan şahmatçısı Nicat Abasov Kanadanın Toronto şəhərindəki İddiaçılar Turnirində bu gün mübarizəyə start verir.

Msport.az xəbər verir ki, 28 yaşlı qrossmeyster rusiyalı Yan Nepomnyaşi ilə qarşılaşacaq.

O, ağ fiqurlarla oynayacaq. Qarşılaşma Bakı vaxtı ilə 22:30-da başlanacaq.

I turda Fabiano Karuana – Hikaru Nakamura (hər ikisi ABŞ), Əlireza Firuzca (Fransa) – Rameşbabu Praqnanandha (Hindistan) və Dommaracu Qukeş – Santoş Vidit (hər ikisi Hindistan) görüşləri də keçiriləcək.

Qeyd edək ki, yarış aprelin 21-də başa çatacaq.

Bənzər xəbərlər