featured-image-7235

Teymur Rəcəbov İspaniyanın paytaxtı Madriddə keçirilən İddiaçılar Turnirində bu gün növbəti görüşünə çıxacaq.

Msport.az xəbər verir ki, Azərbaycan şahmatçısı XIII turda ağ fiqurlarla ABŞ təmsilçisi Fabiano Karuana ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 17:00-da başlanacaq.

12 turdan sonra 6 xala malik Rəcəbov Karuana ilə birlikdə 5-6-cı yerləri bölüşdürür. Həmyerlimiz turnirin qalibi olma şanslarını itirib.

Turnir cədvəlinə 8,5 xalla rusiyalı Yan Nepomnyaşi başçılıq edir. Qrossmeyster bu gün macarıstanlı Rixard Rapportla heç-heçə etsə, ardıcıl 2-ci çempionluğunu rəsmiləşdirəcək.

Bənzər xəbərlər