İddiaçılar turniri: Rəcəbov mübarizəyə başlayır
Bu gün İspaniyanın paytaxtı Madriddə Teymur Rəcəbovun iştirakı ilə İddiaçılar Turniri start götürəcək.
Msport.az xəbər verir ki, Azırbaycan şahmatçısı ilk turda Fransa təmsilçisi Alireza Firuzca ilə qarşılaşacaq. 35 yaşlı qrossmeyster bu partiyada ağ fiqurlarla oynayacaq.
Rəcəbov yarışda FİDE-nin ona təqdim etdiyi “Wild Card” (xüsusi dəvət) sayəsində çıxış edəcək. 2019-cu ildə keçirilmiş Dünya Kubokunun qalibi kimi İddiaçılar Turnirinə vəsiqə qazanan şahmatçının Teymur nüfuzlu turnirdə iştirakı alınmamışdı. Şahmatçımızın koronavirusla əlaqədar yarışın təxirə salınması barədə təklifi FIDE tərəfindən qəbul olunmadığından o, iştirakdan imtina etmişdi.
İddiaçılar Turniri
I tur
Teymur Rəcəbov (Azərbaycan)- Alireza Firuzca (Fransa)
Yan-Kşiştof Duda (Polşa) – Rixard Rapport (Macarıstan)
Dinq Liren (Çin) – Yan Nepomnyaşi (FIDE)
Fabiano Karuana (ABŞ) – Hikaru Nakamura (ABŞ)