featured-image-6411

Teymur Rəcəbov İspaniyanın paytaxtı Madriddə təşkil olunan İddiaçılar Turnirində bu gün növbəti görüşünü keçirib.

Msport.az xəbər verir ki, 35 yaşlı şahmatçı V turda ağ fiqurlarla çinli Dinq Liren ilə qarşılaşıb. Rəcəbov FIDE reytinqinin ikincisi ilə matçın 50-ci gedişində “sülh bağlayıb”.

Bu, Azərbaycan şahmatçısının yarışda 4-cü heç-heçəsi olub. Rəcəbov hazırda 2 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.

İddiaçılar Turniri
V tur

Teymur Rəcəbov (Azərbaycan) – Dinq Liren (Çin) 0,5:0,5
Fabiano Karuana (ABŞ) – Rixard Rapport (Macarıstan) 0,5:0,5
Alireza Firuzca (Fransa) – Yan-Kşiştof Duda (Polşa) 0,5:0,5
Hikaru Nakamura (ABŞ) – Yan Nepomnyaşi (FIDE) 0,5:0,5

Xal durumu: Nepomnyaşi – 3,5, Karuana – 3, Duda, Rapport, Nakamura – 2,5 Liren, Rəcəbov, Firuzca –  2.

Bənzər xəbərlər