featured-image-46964

Azərbaycan parabadmintonçusi İbrahim Əliyev İspaniyanın Vitoriya-Qasteys şəhərində keçirilən beynəlxalq turnirdə qoşa yarışda bürünc medal qazanıb.

Bu barədə Msport.az saytına Milli Paralimpiya Komitəsinin mətbuat xidmətindən məlumat verilib.

Sinqapurlu Tay Vey Minqlə birgə mübarizə aparan idmançımız qrup mərhələsini uğurla tamamlayıb. 1/4 finalda Fransadan olan rəqiblərini məğlub edən cütlük yarımfinala vəsiqə qazanıb.

Burada Hindistan idmançılarına məğlub olan ikili bürünc medala sahib çıxıb.

Bənzər xəbərlər