featured-image-56238

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Msport.az xəbər verir ki, toplantıda Azərbaycan Kubokunun I təsnifat mərhələsində keçirilmiş matçlardakı hadisələrə baxılıb.

“Göygöl” klubu “Hypers Guba” ilə oyunda altı futbolçusunun sarı vərəqə almasına görə 70 manat, meydana kənar şəxslərin daxil olması ucbatından 80 manat, matçın ilkin protokolunu elektron bazada gec təsdiq etdiyinə görə 100 manat cərimə edilib.

“Hypers Guba” isə beş oyunçusu sarı vərəqə aldığı üçün 70 manat ödəməli olacaq.

Bundan əlavə, “Lerik” “Ağdaş”la matçda oyun günü planı pozulduğuna görə 100 manat ziyana düşüb. Digər komanda da eyni səbəbdən cərimə ödəyəcək.

“Şəmkir” komandası 80 manat cərimə edilib. “Sheki City” ilə qarşılaşmada komandanın qapıçısının formasında qüsur olub və görüş bu səbəbdən gec başlayıb.

“Füzuli” də 100 manat ziyana düşəcək. Buna “Dinamo” ilə oyunda matçın ilkin protokolunu elektron bazada gec təsdiqi səbəb olub.

Bənzər xəbərlər