featured-image-16302

AFFA İntizam Komitəsi (İK) Premyer Lqanın XII turunun “Neftçi” – “Zirə” matçında (3:0) jurnalistlərin Peşəkar Futbol Liqasının verdiyi akkreditasiyaları üzərlərində görünən şəkildə asmaması səbəbindən qonaq komandaya xəbədarlıq olunmasına münasibət bildirib.

İK sədri Erkin Hüseynov Msport.az saytına açıqlamasında qərarın tamamilə haqlı olduğunu söyləyib. O deyib ki, bu bənd həm Əsasnamadə, həm də İntizam Məcəlləsində öz əksini tapıb:

“Stadiona girib-çıxan və futbolla məşğul olan şəxslərdə mütləq A buraxılışı olmalı, onlar isə bunu görünən şəkildə asmalıdırlar. Jurnalistlərdə də vəziyyət eynidir. Akkreditasiyalar boyundan asılmalıdır ki, içəri daxil olanda polislər, mühafizəçilər bunların həqiqətən media nümayəndəsi olduğunu bilsinlər”.

Hüseynov digər matçlarda da analoji halın yaşanmasına baxmayaraq, başqa klublara xəbərdarlıq edilməməsinə də aydınlıq gətirib:

“AFFA nümayəndələrinin öz raportlarında qeyd etdikləri İntizam Komitəsində müzakirə olunduqdan sonra müvafiq qərarlar çıxarılır. Əvvəlki oyunlarda heç nə yazılmadığı və bizdə məlumat olmadığı üçün həmin klublara sanksiya tətbiq olunmayıb. Burada hələlik cərimə yoxdur. Sırf xəbərdarlıq sanksiyası nəzərdə tutulub”.

Bənzər xəbərlər