featured-image-2457

“Şamaxı” iki futbolçusu ilə yollarını ayırıb. Msport.az saytının əldə etdiyi məlumata görə, əyalət təmsilçisi Tural Axundov və Tərlan Quliyevi komandadan uzaqlaşdırıb.

Onların hər ikisi ilə müqaviləyə xitam verilib. Turalla Tərlanın “Şamaxı”dan qovulmasının dəqiq səbəbi bilinmir.

33 yaşlı Tural Axundov 2020-ci ilin yanvarından bu komandada çıxış edirdi. Tərlan Quliyev isə 2016-cı ildən sözügedən klubun uğurları üçün çalışıırdı.

Bənzər xəbərlər