İki futzalçı ilə müqavilə yeniləndi
UEFA Çempionlar Liqasından ölkəmizi təmsil edəcək “Araz-Naxçıvan” transfer çalışmalarını davam etdirir.
Msport.az xəbər verir ki, “qırmızı-ağlar” son 2 mövsümü komandanın heyətində keçirən Amadeu və Lukas Romao ilə ortaq məxrəcə gəlib.
Hər iki futzalçı 2024-2025-ci il mövsümünü də “Araz-Naxçıvan”ın heyətində keçirəcək. Baş məşqçi Vitali Borisov da komandadakı vəzifəsini davam etdirəcək.
Qeyd edək ki, braziliyalı Kadinyonu transfer edən ölkə çempionu Miloş Todoriç, Dioqo Auqusto və Andre Juniorla başa çatan müqaviləni yeniləməyib. Məhəmməd Abbasov və qapıçı Azər Fərmanov isə hərbi xidmətə yollanıb.