featured-image-58598

Qadın idman gimnastikası üzrə hakimlərimiz 2025-2028-ci illər Olimpiya dövrünü əhatə edən qitələrarası referelik kurslarında yüksək nəticə göstəriblər.

Msport.az xəbər verir ki, bu barədə Gimnastika Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, İsveçrənin Lozanna şəhərində Beynəlxalq Gimnastika Federasiyası tərəfindən keçirilən təlimlərdə 2 ədalət təmsilçimiz özlərini doğruldublar. Kursun yekununa əsasən, Anjella Abdullayeva I, Kristina Pravdina isə II kateqoriyaya yüksəlib.

Qeyd edək ki, kurslar dekabrın 5-10-da keçirilib.

Bənzər xəbərlər