featured-image-10907

“Kəpəz” Gəncə şəhər stadionu hazır olana qədər ev oyunlarını Qəbələdə keçirəcək. Yaşar Vahabzadənin komandası Azərbaycan Premyer Liqasının 3-cü turunda “Qəbələ”yə qarşı Qəbələdə ev sahibi statusunda olacaq.

Qarşıda elə turlar var ki,  həm “Qəbələ”, həm də “Kəpəz” rəqiblərini qəbul etməlidirlər. Məsələn, 7-ci turda Elmar Baxşıyevin komandası evdə “Sumqayıt”la , Gəncə klubu isə  “Şamaxı” ilə qarşılaşacaq. İki gün ardıcıl eyni stadionda oyunun keçirilməsi qazonu yararsız hala salmayacaqmı?

“Qəbələ”nin baş meneceri Nail Kərimov Msport.az-a açıqlamasında “narahatlıq üçün elə bir əsas olmadığını bildirdi:

“Bununla bağlı ciddi problem olacağını düşünmürəm. Qazonu oyun günü yaxşı vəziyyətə gətirəcəyik. Əsas stadionun meydanında məşq prosesləri keçirilmir. Orada ancaq matçlar oynanılır.  Ona görə Qəbələ şəhər stadionunun qazonunu həmişə olduğu kimi yaxşı vəziyyətdə görəcəksiniz”.

Bənzər xəbərlər