featured-image-60462

Bolqarıstanın Varna şəhərində “Dan Kolov – Nikola Petrov” turnirinə start verilib.

Msport.az xəbər verir ki, Sadiq Mustafazadə (92 kq) dairəvi sistem üzrə baş tutan mübarizədə ilk turda israilli Uri Kalaşnikova qalib gəlib – 7:4. Həmyerlimiz ikinci turda bolqarıstanlı Radomir Stoyanova heç bir şans tanımayıb – 18:6. Mustafazadə üçüncü turda amerikalı Erik Şultsla gərgin keçən görüşdə minimalhesablı qələbə qazanıb – 8:7. Sonuncu turda gürcüstanlı Sandro Kuraşviliyə 2:5 hesabıyla uduzan Sadiq ənənəvi yarışda gümüş medal qazanıb.

Ceyhun Allahverdiyev (61 kq) təsnifat mərhələsində bolqarıstanlı Dimitar Biserkova (10:0), 1/4 finalda isə Nahşon Qarretə (15:5) tam üstünlüklə qalib gəlib. Yarımfinalda digər ABŞ təmsilçisi Devan Törnerə 2:4 hesabıyla məğlub olan Ceyhun bolqarıstanlı Denis Naimi vaxtından əvvəl (10:0) üstələyərək turniri bürünc medalla başa vurub.

Qeyd edək ki, turnirə bazar günü yekun vurulacaq.

Bənzər xəbərlər