featured-image-21511

Kişi şahmatçıların Azərbaycan çempionatında ilk final gününün oyunları keçirilib.

Msport.az xəbər verir ki, çempionluq mübarizəsində Vüqar Əsədli Vasif Durarbəylinin məğlub edərək üstünlük qazanıb.

Üçüncü yer uğrunda görüşdə Eltac Səfərli Məhəmməd Muradlı ilə heç-heçə oynayıb.

Bu gün şahmatçılar arasında cavab oyunları keçiriləcək.

Xatırladaq ki, iki oyundan sonra hesab bərabər olarsa, tay-brek oynanılacaq.

Bənzər xəbərlər