"İlk matçda belə qələbə qazanmaq futbolçulara güvən verir" - Qurban Qurbanov
Avstriyada təlim-məşq toplanışında olan “Qarabağ” ilk yoxlama oyununu keçirib.
Msport.az xəbər verir ki, Ağdam klubu yerli “Tirol” komandası üzərində inamlı qələbə qazanıb – 4:0.
Oyundan sonra “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov fikirlərini açıqlayıb:
“Ümumilikdə pis oyun alınmadı. Fiziki cəhətdən yüklənməyə və havanın isti keçməsinə baxmayaraq, futbolçular meydanda yaxşı mübarizə apardılar. Həm istədiyimiz yükləməni aldıq, həm də nəticə yaxşı oldu. İlk matçda belə qələbə qazanmaq futbolçulara da güvən verir. Əlbəttə, optimal formadan hələ uzağıq. Yeni transferlərimizə tam uyğunlaşmaq üçün bir az zaman lazımdır. Bununla belə, vacibi odur ki, istəklidilər. İnanıram ki, onlar komandamıza uzun müddət fayda verəcəklər. Gedişatdan və komandadan razı qaldım. Bu istək və templə davam edəcəyik”.







