featured-image-35982

“Araz-Naxçıvan”ın baş məşqçisi Vitali Borisov bu gün Çempionlar Liqasının ilkin seçmə mərhələsindəki 1-ci oyunlarında Türkiyə “İstanbul Şişli”sinə 9:1 hesabı ilə qalib gəlməkləri haqda danışıb.

Msport.az xəbər verir ki, mütəxəssis görüşün ağır keçdiyini deyib:

“Birinci hissədə bir qədər əsəbilik hiss olunurdu. Bu da başa düşüləndir, komanda mövsümdə ilk rəsmi oyununu keçirirdi. İlk oyunlar isə hər zaman ağır olur. Fasilədən sonra daha yaxşı oynadıq, bu da hesabda öz əksini tapdı, böyükhesablı qələbə qazandıq. Bu münasibətlə komandamı tərbik edirəm. Artıq sabahkı matçı fikirləşməliyik”.

Qeyd edək ki, sabah “Araz-Naxçıvan” “Yan Reqensburq”la (Almaniya) qarşılaşacaq.

Bənzər xəbərlər