featured-image-61082

İlon Mask və Mark Zükerberq arasında Roma Kolizeyində planlaşdırılan döyüşün baş tutmayacaq.

Msport.az xəbər verir ki, bu barədə UFC-nin rəhbəri Dana Uayt açıqlama verib.

O, döyüşün reallaşmamasının səbəbini belə izah edib: “Elon və Mark arasındakı döyüşün hekayəsi çox real idi, mən bu məsələdə yaxından iştirak edirdim. Fəal danışıqlar gedirdi. İtaliya hökuməti ilə hər şey müzakirə edilmişdi.

Amma sonda döyüşün hansı çəki dərəcəsində keçiriləcəyi, nəyə icazə veriləcəyi və nəyin qadağan ediləcəyi ilə bağlı razılaşmaq mümkün olmadı”.

Bənzər xəbərlər