“İmişli” böyükhesablı qələbə qazandı
“İmişli” yay təlim-məşq toplanışı çərçivəsində növbəti yoxlama oyununu keçirib.
Msport.az xəbər verir ki, komanda “Qarabağ-2” ilə qarşılaşıb.
Görüş Premyer Liqa təmsilçisinin 5:1 hesablı qələbəsi ilə başa çatıb. Qollardan ikisini Juninho, digərlərini isə Dioqo Almeyda və Dioqo Kardozo vurub.
Qeyd edək ki, “İmişli” növbəti yoxlama oyununu iyulun 24-də Bakı Olimpiya Stadionunda “Araz-Naxçıvan”a qarşı keçirəcək.







