featured-image-80538

“İmişli” məşqçilər korpusunu yeni təyinatla gücləndirib.

Msport.az xəbər verir ki, latviyalı mütəxəssis Ervins Perkons Premyer Liqa təmsilçisinin köməkçi məşqçisi təyin olunub.

UEFA Pro lisenziyasına malik olan 35 yaşlı məşqçi 15 ildən artıq peşəkar məşqçilik təcrübəsinə sahibdir. O, Latviyanın “Jelgava” və “Super Nova” klublarında baş məşqçi kimi fəaliyyət göstərib, komandaları iki dəfə ölkənin yüksək liqasına yüksəldərək 2022 və 2024-cü illərdə Latviyanın I Liqasının çempionluğuna daşıyıb.

Ervins Perkons peşəkar fəaliyyəti ərzində Polşa, Norveç və Avstriyanın tanınmış klublarında təcrübə proqramlarında iştirak edib. Onun məşqçilik fəlsəfəsinin əsasını intizamlı komanda oyunu, yüksək intensivlik, taktiki nizam-intizam və futbolçuların fərdi inkişafı təşkil edir.

 

Bənzər xəbərlər