İmişli"dən I Liqa klubuna - RƏSMİ
I Liqanın iddialı klublarından olacaq “Səbail” heyətinə yeni legioner cəlb edib.
Msport.az xəbər verir ki, “dənizçilər” “İmişli”dən ayrılan Ezekiel Morqanla anlaşıb.
24 yaşlı yarımmüdafiəçi ilə 2+1 illik müqavilə bağlanıb.
Morqan ötən mövsüm “İmişli”nin heyətində Premyer Liqada 31 qarşılaşmada meydana çıxıb 1 qol vurub və 1 qol ötürməsi verib.







